Uşaqlarımız niyə tez böyüyür?

2021-11-11T15:14

Öz uşaqlığımıza baxanda müasir yeniyetmələr qat-qat tez böyüyürlər. Artıq 8-9 yaşlarında qızların süd vəziləri böyüyür, 11-12 yaşlarında isə onların 75%-də menstruasiya başlayır. Oğlanlar 8-9 yaşlarından internetdə "çılpaq qadın" axtarmağa başlayır,10-12 yaşlarında isə ilk pollyusiya baş verir. Uşaqlar fiziki cəhətdən daha tez inkişaf edirlər, əvəzində psixoloji inkişaf 15-20 il bundan öncə yazılmış normaları nadir halda qabaqlayırlar. Hətda 13-14 yaşlarında erkən hamiləlik belə qızları psixoloji planda yetkin adama çevirmir. 


Burda açar söz, şübhəsiz ki, "niyə?" sualıdır. Düşünürəmki əsas  bu sualın cavabıd igər mövzularda olmadığı kimi bunda da yoxdur. O zaman mövcud cavablara nəzər salaq.


- Qida faktoru: Hər şey qidadan asılıdır. Bütün qidaların tərkibində demək olarki hormonlar və ziyanlı GMO-lar mövcuddur. Artıq ana körpəyə hamilə qaldıqdan bu mərhələ başlayır. Övladlarımızı təbii qidalara üstünlük verib özümüz adı çəkilən və dadlı görünən qidalara üstünlük verməmiz onları qourmayacaqdır.  Bacardıqca ailə olaraq təbii qidalara başlanmalı və onların qəbulu üstünlük təşkil etməlidir


- İntelektuallıq faktoru: Uşaqların intelektual inkişafını yaxşılaşdırdıqca onlar eyni zamanda beynin inkişaf etməsinə gətirib çıxarır. Bu da 7-8 yaşlı uşaqların beyninin inkişafına səbəb olur. Beyni yüksək inkişaf edən uşaqlar isə artıq 7-8 yaşlı uşaq kimi yox yeniyetmə kimi düşünməyə başlayır. Analitik statistikaya əsasən 7-8 yaşlı uşaqlar internetdə 12-14 yaşlı uşaqların düşncəsinə uyğun axtarışlar edirlər. 


- Sosiallıq faktoru: Valideynlərin özü uşaqlara təsir edir. Onları böyüklərə aid problemlərin çevrəsinə qatmaqla, onların yanında münasibətlərini aydınlaşdırmaqla və dalaşmaqla təsir göstərirlər. Bura maddi və pul dəyərləri üzərində gedən faktorlarıda qatmaq olar. Bunların hamısı uşağın erkən inkişafına səbəb olur. 

Mənim düşüncəmə görə uşaqlar öz uşaqlıqlarını yaşamalıdırlar. Onlara aid olan yerdə böyüklər üçün gərrəkli olan əşyaları uzaqlaşdırmaq, onları uşaq kimi hiss edəcək mühitin olmasının tərəfdarıyam. 

Yeniyetməlik

Belek.az