"Sağlam gələcək" layihəsi

2021-06-23T20:28

Dövrümüzdə müəyyən səbəblərdən ali təhsil almamış ailə quran xanımlarımızın cəmiyyətə yenidən qoşulması üçün müxtəlif biliklərin olmaması maneə yaradır. Bir ananın təhsil alması bir ailənin təhsil alması ilə nəticələnə bilər. İT bilikləri olmadan bu gün hər hansı bir işdə işləmək çox çətindir. Eyni zamanda İT bilikləri olmayan bir xanım övladlarının təhsili ilə maraqlana bilmir, onların inkişafına öz töhvəsini verə bilmir.  «Sağlam Gələcək» layihəsində ali təhsil almayan və İT bilikləri olmayan xanımlara İT biliklərə yiyələnməsi üzrə mütəxəssislər tərəfindən təlim keçirilir. 

 

Hörmətli Analar, Belek.az-ın təşkilatçılığı, Halal şirkətinin və Edutech tədris mərkəzinin dəstəyi ilə sizin üçün ödənişsiz Kompüter kursları təşkil edirik.  Layihənin əsas məqsədi  İT bilikləri olmayan xanımların ilkin İT biliklərə yiyələnməsi, orta məktəb tədrisində istifadə olunan İT biliklərin öyrədilməsi, onlayn formada tədrisə qoşulmaq yollarının tədris edilməsidir. 

 

Təlimin müddəti həftədə 4 saat olmaqla ümumilikdə 30 saat təşkil edir. Təlim həftədə iki gün olmaqla hər gün 2 saat keçiriləcəkdir.  

Təlimdə iştirak etmək istəyən anaların belek.az internet səhifəsindən qeydiyyatdan keçmələri xahiş olunur.  Təlimdə iştirak sayı 18 nəfərdən ibarət olaraq hər biri 6 nəfərdən ibarət 3 qrupda tədris olunacaqdır. Kurslar oflayn olaraq Edutech tədris mərkəzində keçiriləcəkdir.  Təlim hər qrup üçün hər biri 2 saat olmaqla həftədə 2 dəfə keçiriləcəkdir.

Belek.az internet səhifəsindən   qeydiyyatdan keçərək təlimdə iştirak edə bilərsiniz. Qeydiyyat müddəti 23.06.2021- 30.06.2021 

Kursda iştirak etmək üçün şərtlər

- İşitirakçının  yaşı həddi 30-dan yuxarı olmamalı;

- Natamam və orta təhsilli olmalıdır.

Təhsil

Belek.az