Uşaqların yay tətilindən sonra məktəbə getməklə bağlı bir çox müxtəlif hisslər yaşayırlar. Hamımız, xüsusən də pandemiya səbəbiylə uzun müddətdir məktəbdən ayrı düşən övladlarımızın davranışları üçün narahat oluruq.
Əslində tədqiqatlar nəticəsində valideynlərin 66% -i uşaqlarının payızda məktəbə qayıtmaqdan narahat oldurlar və nəticədə sosial təcrid (məsələn, pandemiya ilə əlaqədar karantinin olması) sosial narahatlığı artırır. (Loades et al. , 2020). Bu məktəbdən uşaqların uzaqlaması ilə nəticələnir.
Bu vəziyyəti aşmaq üçün nələr etməliyik?
1) Uşağınızla qarşıdan gələn tədris ili haqqında nə hiss etdiklərini soruşun. Məktəblə bağlı onları həyəcanlandıran, əsəbləşdirən və maraqlandıran nələr olduğunu soruşun.
2) Əgər uşağınızın bu mövzuda narahat olduğunu hiss edisinizsə o zaman onları öz qorxu və narahatlıqları ilə üzləşdirin. (məsələn, “Bilirəm ki, məktəbə qayıtmaqdan narahat olursan. Uzun müddətdir orda olmamısan. Ancaq bilirəm ki, bu işin öhdəsindən gələcəksən. Və mən hər daim sənin yanındayam")
3) Uşağınızla ilk gün nə ilə qarşılacağı haqda danışın. (əmin deyilsinizsə, daha çox məlumat əldə etmək üçün müəllimlə əlaqə saxlaya bilərsiniz). Onların cədvəlini yazın və şəkillər əlavə etmələrini və ya birlikdə məktəbin necə olacağını izah edən bir kitab yaratmalarını istəyin.
4) İlk gündən bir neçə dəfə məktəb ətrafında gəzin. Mümkünsə, məktəb başlamazdan əvvəl müəllimlə və ya digər uşaqlarla birgə vaxt keçirilsin.
Bu əsas məsləhətlər işləmədikdə məktəbdən uzaqlaşmağın necə aradan qaldırılacağına dair məsləhətlər üçün və kömək üçün psixi sağlamlıq mütəxəssisimiz Leyla Haciyevaya müraciət etməkdən çəkinməyin! Tədqiqiatlar göstərirki bu tip köməkliklər məktəbdən uzaqlaşmağa qarşı çox köməklik göstərir. (Heyne və digərləri, 2002).