Uşaqları bağçaya necə hazırlayaq?

2021-09-06T11:54

Bir çox fikirlərini tam hazır ifadə etmədən uşaq bağçasına göndərilir. Əslində, Azərbaycanda  uşaqların əksəriyyət uşaq bağçasına girərkən ən azı bir inkişaf sahəsində çətinlik çəkirlər. Lakin bağçaya  getməyən uşaqların məktəbə getməyə başlarkən çox əziyyət çəkildiyinin şahidi oluruq. Xüsusilə, uşaq bağçasına girərkən sosial-emosional bacarıqlar, özünü tənzimləmə və diqqət qabiliyyətləri sonrakı uğurların önəmli göstəriciləridir.
 uşaqlarımızı bağçaya hazırlamaq üçün nə etməliyik?!? ..

1) Uşağınızın  düşünmə qabiliyyətini inkişaf etdirin. Daha qabaqcıl düşünmə bacarıqları, uşaqlara akademik olaraq həmyaşıdlarının arxasında başlasalar belə "yetişməyə" imkan verir.  Düşünmə həm də akademik performansın yaxşılaşması ilə əlaqələndirilir.  Uşaqlar bu bacarıqlarını birgə  əl-qol hərəkəti olan rəqslər edərək, birgə oyunlar oynayaraq inkişaf etdirə bilərlər.

2) Uşaqların sosyal bacarıqlarını daha da inkişaf etdirməsinə kömək edin. Uşaqlarla yaşa uyğun bir çox oyun imkanı təmin edin, oyun  qurun və sosial bir rol oynayın. Sosyal bacarıqları olan uşaqların bağçaya girərkən, məktəbi bitirmə və işə düzəlmə ehtimalı da daxil olmaqla, bir yetkin kimi daha uğurlu olacağı araşdırılmışdır. (Jones, 2015).

3) Uşaqlarınızı öyrənmə həvəsinin artmasına kömək edin! Maraqlandıqları mövzuları tapın və bu mövzuları riyaziyyat, oxu və elmə toxunmaq üçün istifadə edin. Bir işin öhdəsindən gələndə səylərinə görə onları tərifləyin. Araşdırmalar göstərir ki, uşaqların öyrənməyə münasibəti və öyrənməyə davam etmə meyli 5-ci sinfə qədər akademik performansını artırır (Li-Grining, 2010).

4) Boyama, tikiş, sənətkarlıq və tapmacalar vasitəsilə incə motor bacarıqları üzərində çalışın, çünki bunlar sonrakı akademik uğurlara təsir edir.

5) Oxuyun, oxuyun, oxuyun! Tədqiqatlar göstərir ki, uşaq bağçasından əvvəl kitablara yönəltmək uşaq bağçasına hazır  olmasına gətirib çıxardır.

Təhsil

Belek.az