Hər istədiyini necə alaq?

2021-09-21T15:32

Ana, dondurma istəyirəm. Tamam, alaram.
Ana, yeni oyuncaq maşın istəyirəm. Yaxşı, bax budur yeni maşınını oynada bilərsən.
Ana, yeni bir oyuncaq istəyirəm. Tamam.

Yuxarıda olanlar hamımımızn başına gəlir elə deyilmi?

Uşaqlarımızın istəklərini yerinə yetirmək problem deyil ancaq bunu hər zaman etməli deyilik. Bəzi uşaqlar, yox deyiləndə əşəbləşə və özlərini yerə yıxaraq ağlaya bilərlər. Bu onlar üçün verdiyiniz qərarı dəyişdirməniz anlamına gəlməməlidir.

Uşaqlara kiçik yaşlarından məmnunluq hiss öyrədilməlidir.Həyatın ədalətli olmadığını başa düşməlidirlər və həmişə istədiklərini ala bilməyəcəklərini bilməlidirlər.Böyüdükcə ehtiyac və istək arasındakı fərqi öyrətmək lazımdır.

Supermarketdə gəzərkən bəzən uşaqlarımız əlini qiymətini bilmədiyi oyuncağa qoyaraq alınmasını istəyirsə  o zaman onlara " Ana üzərində sadəcə yemək almaq üçün pul götürüb, gələn dəfə gələndə bunun üçün pul götürüb alarıq" deyə bilərsiniz. Vəya bu oyuncağı ucuz bir oyuncaq ilə əvəz edilməsini təklif edə bilərsiniz. 

Bunu uşaqlara necə öyrətmək olar? 

1) Pul haqqında danışarkən övladlarınızla səmimi  olun.
Sadə dillə uşaqlarınıza istədiyini almağa imkanınız olmadığını izah edin. "Üzərimdə pul götürməmişəm", "Bu gün olmaz", "Artıq sən oyuncağı almısan" və "yox olmaz" kimi ifadələri istifadə edə bilərsiniz. Uşaqlara bunu deyərkən sakit bir formada demək daha məsləhətlidir. Və onlara bunu niyə ala bilmədiyinizi bildirin.

2) İstək siyahısını birgə hazırlayın
Uşağınızn istədikləri şeyləri bir dəftərə yazaraq, hətta bir şəkil çəkərək  gecikmiş məmnuniyyəti öyrətməyə kömək edə bilər. Zamanla arzular siyahısı adını verdiyimiz bu dəftərə özünün istəklərini əlavə etməyi və  arzuları reallaşdırdıqca orda qeyd etməyi öyrədin.  Onlarla bunu etmək, onların istəyinə əhəmiyyət verdiyinizi və maraqlandığınızı göstərir. Eyni zamanda, istədikləri hər şeyi dərhal əldə edə bilməyəcəkləri mesajını göndərir. İstək siyahısı ümumi ola bilər və ya doğum günü kimi xüsusi bir hadisə üçün - ancaq əmin olunki uşağınızın istəklərini yerinə yetirmək üçün daha yaxşı bir vaxtı gözləmək üçün səbri və bu cür mukafatlara  görə minnətdarlığı öyrənməyə kömək edəcək. 

3) Qənaət etməyi öyrədin

Uşaqlarınıza maliyyə ilə qənaət etməyi öyrətmək böyüdükcə ona daha çox faydası ola bilər. Bu qeyri -rəsmi maliyyə  dərsi, uşaqlara niyə bir şey ala bilmədiyinizi izah etmək üçün yaxşı bir üsuldur. Övladlarınızı söylədiklərini anlamağa təşviq edə və öz pullarını necə idarə etməyi və yığmağı öyrədə bilərsiniz. Məsələn, onlara cib pulu verə və daha böyük əşyalar və ya gələcək ehtiyaclar üçün qənaət etmələrini təklif edə bilərsiniz. "İstəmək" və "ehtiyac" arasındakı fərqi anlamalarına kömək etmək üçün səy göstərin. 
Gəlirinizin ödəməli olduğunuz bütün xərcləri necə ödəməli olduğunu onlara göstərə bilərsiniz. Yemək, ödəniş və s kimi şeylərin birinci yerdə olduğunu görsələr, təsadüfi istəklərin alınması üçün gözləməli olduqlarını biləcəklər. 
Alternativ olaraq onlara  məbləği yığsalar belə, qənaət etmək üçün nə qədər ağlabatan bir məbləğ olduğunu, məqsədlərinə çatmağın nə qədər vaxt keçəcəyini və qazanma yollarını tapmalarına kömək edərək böyük dəstək verə bilərsiniz. Fərqli yollarla əlavə qazanc əldə etmənin ( ev işlərində kömək, mötivasia edici işlərdə köməklik etmələrini təmin edərək) ona faydasını öyrədə bilərsiniz. 

Valideyn davranışları

Belek.az