Körpəni yuxuya götürəcək laylalar

2021-05-26T15:18

Körpənizi yatağa qoyduqdan sonra sakitləşdirici bir laylaydan daha şirin bir yol yoxdur. Laylalar sakitləşdirməklə yanaşı uşağınızın idrakını da inkişaf etdiri

UNICEF-ə görə, laylalar körpənin beyninin bir çox sahəsini alovlandırır ki, bu da uşağınızı dil öyrənmə və oxuma bacarıqlarına hazırlaya bilər. Əlavə olaraq, laylaların ritmi körpələrin ürək atışını yavaşladaraq onları sakitləşdirir

Beləki Onuru körpə vaxtı yatızdırarkən ilk əvvəl youtube-da milli laylalar adı altında bir axtarış verdim, lakin Elnarənin oxudugu layladan başqa heçnə tapa bilmədim. Sonra isə Hürrəmin laylasına keçdik. ? İlk əvvəl qulağa xoş gəlsədə sonralar Onur belə yatmamağa başladı. Hurrəmin laylasından sonra isə Bayu Bayuski-yə keçdik ?. Bir müddətdən sonra artıq gecələri bu səsində körpəmi sıxmağa başladığını gördük. Sonra isə uşaq vaxtı baxdığım cizgi filmlərində istifadə olunan laylaları taparaq körpəmi yuxuya getməsinə nail oldum. Onları sizinlə bölüşürəm

  • - Lullaby and Goodnight” (Brahms’ lullaby)
  • - Hush, Little Baby
  • - Baby Mine

Bundan fərqli olaraq əgər körpəm tez yuxuya gedirsə o zaman özüm onun üçün zümzümə edirəm.

Mümkün olduğu təqdirdə hər hansı musiqini dinlətməkdənsə körpənizə bir laylay oxuyun. Tədqiqatlar göstərir ki, valideynlərin səsləri (xüsusilə anaların səsi) körpələrin beyinlərinə digər səslərdən daha xoş olur.

Heç vaxt körpənizə qulaqcıq taxmayın.
Körpəniz üçün telefon vəya digər cihazlardan laylay dinləndirirsinizsə o zaman səsi çoxda açmayın. Körpələrin daxili qulaqları çox həssasdır və 85 desibeldən yuxarı olan çox səsləri eşitmir. Normal söhbət 60 desibel ətrafında olur. Körpələrinizə laylay demək heç vaxt gec deyil. Hələ ana bətnindəykən körpənizə mahnı oxumağa başlayın!

Sağlam gələcək

Belek.az