Bu kinoya bir çox adamın baxdığını düşünürəm. Kinoda valideynləri tərəfindən başa düşülməyən uşağı məktəbə yeni təyin olunmuş müəllim dinləməyə başlayır. Zamanla bu uşaqla ünsiyyət quraraq onu dərslərə kökləyir və onun istedadını ortaya qoyur. Müasir dövrdə şərtlər elə gətirirki övladlarımızı bağçaya qoyuruq, məktəbə getdikdən sonra dərsləri ilə məşğul olmaq üçün müəllim tuturuq. Zaman keçir sonrada aydın olurki, övladımızla öz aramızda uzun bir məsafə var. Bununla da onun istedadlı olmadığını qəbul edir, istedadının əksinə işlərlə məşğul olmağa yönəldirik. Kinoya baxaraq bir az gerçəkliyi özünüzdə dərk edərək övladınızla nə qədər məşğul olduğunuzu anlayacaqsınız.
Bir çoxlarınız bəlkədə bu bir filmdir deyərsə o zaman sizə dahi alim Edisonun həyatında olan bir anı paylaşmaq istəyirəm. Bir gün Thomas Edison evə gələndə anasına bir kağız verərək deyir "Müəllimim bu kağızı verdi və mənə dedi ki, sənə verim" Anası göz yaşları içində kağızı oğluna ucadan oxuyur: “Oğlunuz dahidir. Bu məktəb onun üçün çox kiçikdir və onu yetişdirmək üçün kifayət qədər müəllimimiz yoxdur. Xahiş edirəm özünüz öyrədin" İllər sonra, Edisonun anası vəfat edəndə, əsrin ən böyük elm adamlarından biri idi və bir gün köhnə ailə əşyalarını gəzərkən qəfildən bir dolabın küncündə qatlanmış bir vərəq tapır və açaraq oxuyur.“Oğlunuz əqli cəhətdən inkişaf etməyən bir uşaqdır. Artıq məktəbimizə gəlməsinə icazə vermirik ... ”Edison saatlarla ağladıqdan sonra gündəliyinə aşağıdakı sətirləri yazdı:
“Thomas Alva Edison, qəhrəman bir ana tərəfindən əsrin dahisinə çevrilən“əqli cəhətdən inkişaf etməyən ”bir uşaq idi. Thomas Edisonun anası oğlunun inkişaf edə biləcəyini düşündü və bunu bacardı. Sizdə övladınızla vaxt keçirərkən onun xüsusi istedlığını öyrənin və ona bunda inkişaf etməkdə köməklik edin.