Körpəmi təhlükəli videolardan necə qoruyum?

2021-05-26T13:00

Körpələrimizin getdikcə daha da elektron avadanlıqlara meyl etməsi məni çox narahat edir. Bir çox onlayn kurslara qoşularaq bunların körpələri incitmədən necə qarşısı alınmasını öyrəndim və öz körpəmdə test edərək uğur əldə etdim. Bir çoxlarınız bildirəcəksinizki bunun xeyirli tərəfləri var. Bəli sizinlə razıyam bəzən elə videolar olurki körpələrimizin dünya görüşünün formalaşmasında köməklik göstərir.

Amma bu bir az sərhədli olmalıdır. İlk addım olaraq Onur İpadda bəzi videolara baxarkən diqqət etməyə başladım. Əvəllər normal uşaqların oyun videolarını izləyir amma növbəti video davam etdikcə artıq onun yaşına uyğun olmayan, əsəb sistemini və xarakterini dəyişəcək videoları izləməsinin şahidi oldum. NLP kurslarında öyrəndiyim bir məqam varki, bu tip videolar bəzən adı görünsədə normalda xüsusi məqamlardan istifadə edərək uşaqların daha çox baxmasına yönəldilir. Və bunu ona qadağan etməyə başlasamda balaca daha da aqresivləşməyə başladı.Bunun üçün mən nə etdim.

Youtube-da bilirsinizki hər kəs bir profil ilə qeydiyyatdan keçərək baxdıqlarının tarixçəsinə nəzarət edə bilir. Onur gündəlik videolara baxdıqca onun bir həftə ərzində gündəlik statistikasını götürdüm. Hər dəfə statistikaya nəzər yetirərək ən çox istifadə olunan açar sözlərin (key words) hansı olduğunu təyin etdim. Sonrada profilin parametrlər (settings) bölməsindən həmin açar sözləri qadağan olunmuş sözlər siyahısına əlavə etdim. Və son bir həftə artıq Onur bizdən Spiderman-ə baxım dediyi zaman ilk videosu spiderman olsada sonrakı videoları bizim istədiyimiz videolara baxmağa yönəldilir. Bu artıq körpəmin məni narahat edəcək hissəsinin ilk addımını keçməyimə köməklik etdi. Növbəti bölmələrdə bunu video şəklində sizlərə təqdim edəcəm. Körpələrimizi qoruyaq.

Körpə psixologiyası

Belek.az