Leylək dişləməsi nədir

2021-05-21T13:26

Övladınızda doğulan zaman bədənin hər hansı üzvündə ləkə var və bu sizi narahat edir? Tibbdə bu hekayənin tərənnümü isə "leylək dişləməsi" adlandırılan hemangiomlardır. Yaşlı və dindar adamlar bəzən bunu "mələk toxunuşu" adlandırır, belə körpələri tanrının sevimli körpələri adlandırırdılar. Əslində isə bu fiziolojik sağlam körpələrin kiçik damarlarının genişlənməsi nəticəsində yaranan və qorxulu olmayan hemangiomlardır.

 Ancaq erkən doğulmuş körpələrdə, qız uşaqlarında və əkizlərdə daha çox rast gəlindiyi müşahidə edilmişdir. Bədənin hər yerində görünsədə əsasən bu hissələrdə daha çox görsənir. 50% və 60 % baş və boyunda, 25% bədən və qoltuqaltında, 15% əl qol hissələrdə görsənir. Bu hemangiomların başqa xəstəliklərlə əlaqəsi yoxdur. Və 1 yaşından sonra tamamilə iz buraxmadan yox olurlar. Əgər getdikcə daha da böyüyürsə o zaman həkimə müraciət etməniz lazımdır.

Sağlam gələcək

Belek.az