Körpəm məni görürmü?

2021-05-19T20:47

Bəzi valideynlər körpələrinin hansı yaşda necə görəcəkləri ilə bağlı məlumata sahib deyillər. Buda onların körpələrinin görmə qabilliyəti ilə bağlı narahatlığa gətirib çıxardır. Körpəniz dərhal obyektlərə diqqət yetirə bilmirsə narahat olmayın. Bu bacarıq körpənizlə birlikdə inkişaf edəcəkdir. Unutmayın ki, uşağınız 12 aylığına qədər olduqca aydın bir şəkildə görəcək, ancaq 3 ilə 5 yaşına qədər görmə qabiliyyəti tam inkişaf etməyəcəkdir. Körpənin görmə qabilliyyəti ilk ildə kəskin formada yaxşılaşır. Körpə doğulduqda işığı və hərəkəti təyin edə bilir, zaman kecdikcə isə üzləri və iri əşyaları seçmək qabiliyyətinə sahib olur.

Doğuş zamanı körpələr 9 santimetrə qədər görə bilər - ananın döşündən üzünə qədər olan məsafə. Əslində, doğuşdan bir neçə gün sonra aparılan araşdırmalar körpələrin analarının üzünün şəklini digərlərindən üstün tutduqlarını göstərir. Həyatın ilk həftəsində körpənizin görmə qabiliyyəti bulanıq olacaqdır. Rənglər yerinə boz çalarları görəcəkdir. 1-ci ayın sonuna qədər körpə təxminən 30 sm məsafəyə qədər görə bilir. Bir körpə 3 ilə 4 aylıq olanda rəngləri ayırd edə və daha kiçik obyektlərə diqqət yetirə bilir. Bu aylarda onun görmə qabiliyyəti yaxşılaşmağa davam edəcəkdir. Gözləri bir komanda şəklində birlikdə işləməyə başlayacaq və obyektləri izləyə biləcək. Körpəniz görə biləcəyi obyektlərə çatmağa başlayacaq və başını çevirmədən baxışlarını cisimlər arasında dəyişəcəkdir.

Aylar örtdükcə 1 metr məsafədəki obyektlərə diqqət yetirə bilər və hərəkətləri təyin edə bilər. Oyuncaqlarını üzündən bir neçə santimetr uzaga aparsanız onu gözləri ilə izləməyə başlayacaq ki, buda izləmə qabiliyyətinin inkişaf etdirəcəkdir. Körpəniz hərəkət edən cisimlərə baxmırsa və ya 4 aylığına qədər bir və ya iki gözün hər hansı bir istiqamətdə hərəkət etməkdə çətinlik çəkirsə, həkiminizlə danışın. 6 aya qədər körpəniz daha aydın görmə qabiliyyətinə sahib olacaq, gözlərini daha sürətli və daha dəqiq hərəkət etdirə və hərəkət edən obyektləri izləyə biləcək. Bundan əlavə, görmə kəskinliyi 20/400 ilə 20/25 arasında yaxşılaşacaqdır. Rəng görmə qabiliyyəti demək olar ki, tam olacaq. İlk ay ərzində körpənizin gözlərinin çarpaz olduğunu görsəniz həyəcanlanmayın.

Körpəlik

Belek.az