Bu gün valideynlər körpələrin telefon və planşetlərdən uzaqlaşdırmağın çətin olduğunu anladıqları qədər onların istifadə müddəti haqqında da az məlumata sahibdirlər. Bu fikirdə bir çox mütəxəssislər 2 qrupa bölünsədə valideynlər bəzən bu gedişatdan narazıdırlar. İPad ilk dəfə təqdim olunanda valideynlərə uşaqlarının riyaziyyat dərslərinin öyrədilməsində mükəmməl vasitə olduğu deyildi. Bunu eşidən valideynlər bu cihazın evdə istifadəsinə başladılar. Təəssüf ki, bu iddiaları dəstəkləyən dəlil yox idi. Mütəxəssislərin fikrincə valideynin körpə ilə bir başa unisyyətinin heç bir əvəzi yoxdur.
Bir çox valideynin övladlarını ekranlardan uzaqlaşdırmaq istəməsi təəccüb doğurmur. 2020-ci ilin yanvar ayında nəşr olunan yeni bir araşdırmada bir cihazda gündə üç və ya daha çox saat sərf edən kiçik uşaqların daha az sağlam həyat sürmələri ilə nəticələnə biləcəyi qeyd edildi. Daha əvvəl Michigan Universitetində aparılan bir araşdırmada, iki yaşın altındakı uşaqların 20 il əvvəlki uşaqlara nisbətən ekranlara baxma müddətinin iki dəfədən çox vaxt sərf etdikləri aşkar edildi. 2014-cü ildə bu müddət orta hesabla gündəlik ekran işinin 3.05 saatdır ki, bu da Amerika Pediatriya Akademiyasının tövsiyə etdiyi vaxtın iki qatından çoxdur. Övladlarınızın ekran asılılığı olması gələcəkdə onların sağlamlığına böyük mənfi təsir göstərir. Bu asılılığı təyin etmək üçün aşağıdakılara diqqət yetirin.