Yuxusuz qalan valideynlər körpələrin daha tez yatmaları üçün müxtəlif yollardan istifadə edirlər ( qucaqda gəzdirməklə, yelləncəkdə yelləməklə və s.). Tanınmış uşaq pediatrı Dr. Jane Sneed dediklərinə əsasən yelləncək valideynlərin iş görərkən körpələri sakitləşdirmək üçün əla vasitədir. Sual çıxırkı körpələri yelləncəkdə yatızdırmaq olarmı? Amerika Pediatriya Akademiyası (AAP) körpələrin yelləncəklərini yuxu üçün istifadə etməməyi tövsiyə edir. Körpələr möhkəm, düz səthlərdə yatmalıdırlar. Möhkəm, düz bir səthin olmaması körpəni qəfil körpə ölümü sindromu riski altına alır. Amerika pediatrları körpələrin, xüsusən də yeni doğulmuş körpələrin başlarını və boynlarını düz tutmaq üçün əzələ tonlarına sahib olmadığını dəfələrlə bloglarda bildirmişdilər.
Yellencəklər yatmaqdan çox valideynlər üçün körpəni sakitləşdirmək üçün istifadə olunmalıdır, bu məqamda da təhlükəsizlik tədbirləri nəzərə almağı unutmamaq lazımdır. Körpənin yelləncəkdə yuxuya getməsi halında, uşağı möhkəm bir yuxu səthinə keçirilməsi daha uyğundur. Unutmayın ki, yelləncək beşik əvəzinə çevrilməməlidir Körpələr yerindən asılı olmayaraq yorğun olduqda yatacaqlar. Valideynlər ‘körpəm yalnız yelləncəkdə yatır’ deyəndə bunun öyrənilmiş bir vərdiş olduğunu bilməlidirlər. Bunun başqa bir alternativlə əvəz edilməsi lazımdır. Amerika Pediatriya Akademiyası, körpələrin yatması üçün ən etibarlı yerin möhkəm bir döşək və ya portativ beşik olduğunu bildirir. Pediatrlarımız valideynlərə ilk gündən etibarən yuxu pozuntularının qarşısını almaq üçün yatmaq formasına diqqət etmələrini tövsiyə edir.
Valideynlər körpələrin avtomobil oturacaqlarında, gün ərzində qollarında və ya yelləncəklərində yatmasına icazə verərsə, bu, körpələrin vərdiş halına salınmasına gətirib çıxardır. Mütəxəssislər, yelləncəklərin tövsiyə olunan bir yuxu cihazı olmasa da, körpələri sakitləşdirmək və ya məşğul etmək üçün ətrafınızda olmasına etiraz etmirlər. Sadəcə istifadə göstərişlərinə uyğun istifadə edilməsini unutmayın.