Körpəmi qucağa öyrətməkdən qorxuram

2021-05-19T20:21

Hər bir yeni ana istər ailə üzvlərindən, istərsədə yaxın insanlardan " Hər dəfə körpə ağlayanda sən onu götürsən onu qucağa öyrətməklə korlayacaqsan" vəya "Hər ağladığında onu qidalandırarsan o zaman onun qida rejimini korlayacaqsan" tipli cümlələr eşidirlər. Hər bir ana bilməlidirki yeni doğulmuş uşağı korlamaq mümkün deyil. Eksperylərdə və tədqiqatlarda göstərirki yeni anadan olan körpələr təməl ehtiyacları ( qidalanmaq, rahatlıq və sevilmək) olduğu üçün ağlayırlar. Onların ehtiyacları əslində bu yaşda istədikləri ilə eynidır.

İnstinktlərinizi dinləmək və ehtiyaclarınıza cavab vermək və bacardığınız qədər istəmək sizin vəzifənizdir. Körpələrinizin ağlamaqlarına cavab vermək, onların ehtiyaclarını qarşılamaq onların özünə güvənli və inamlı olmağı öyrədir. Bu təhlükəsizlik və güvən daha az ağlamağa və uzun müddətdə daha çox sakitliyə səbəb olacaqdır. Körpənizin şıltaqlığından və göz yaşlarından sizi manipulyasiya etmək üçün istifadə etdiyindən qorxursunuz? Bilmək lazımdırki əziz mələyiniz bu gənc yaşda belə mürəkkəb düşüncə üçün kifayət qədər ağıllı deyil. Hər dəfə o ağlarkən onun ağlamaqlarına cavab verdiyiniz zaman, kiçik uşağınızın yanında olacağınızı və onun sizə güvənə biləcəyi anlayışını hiss elətdirir. Bu hisslər yeni doğulmuş uşağı korlamayacaq, əksinə valideynləri ilə sağlam bir əlaqənin inkişafına kömək edəcəkdir. Körpələr böyüdükcə 6 aylıq müddətdən sonra onun istəkləri daha da çoxalacaq və bu onların ehtiyacları ilə üst üstə düşməyə bilər.

Onun istəkləri ehtiyacları ilə eyni olmadığı zaman onlara bəzi məhdudiyyətlər qoyaraq intizamı öyrətmək daha uyğun olar. Bu şəkildə körpəniz anamın həmişə istədiyimi vermədiyi anlayışını daha yaxşı başa düşə bilər. Unutmayınki yeni doğulmuş uşağı korlaya bilməzsiniz - ancaq onu sizə və dünyaya güvənməyi öyrədə bilərsiniz.

Körpəlik

Belek.az