Körpənin qidalanma cədvəli

2021-05-17T12:59

Körpələrimizin günlük nə qədər qidalanması lazım olduğunu ilk aylarda təyin etmək çətin olur. Bildirmək istərdik ki yenidoğulmuş körpənin mədəsi 1 vəya 1.4 çay qaşığı ölçüsündə olur. Körpə böyüdükcə onun mədəsidə böyüməyə başlayır. Körpələr ana südü ilə qidalanarkən onun hansı miqdarda qidalandığını təyin etmək çətin olsada, butulka ilə qidalanan zaman bu daha bilinən olur.

Nə qədər sıxlıqda körpəmi yedizdirməliyəm? La Leche İnternational-a görə doğuşdan sonrakı 1 saat ərzində körpənizi əmizdirməyə başlamalısınız və ilk həfətələrdə gündə təxminən 8-12 dəfə qidalandırmalısınız. İlk müddətdə yemək arası 4 saatdan artıq olmamalıdır. Əgər bu müddət keçsə belə körpənizi oyadaraq qıdalandırmanız məsləhət görülür. Yalnız ana südü ilə qidalanan körpələri 1-3 ay arasında gün ərzində 7-9 dəfə, 3-6 ay arasında gün ərzində 6-8 dəfə, 6-12 ay arasında gündə 5-6 dəfə, 12 aydan yuxarı müddətdə isə 4 dəfə ana südü ilə qidalanması məsləhət görülür. Qatı maddələrin təxminən 6 aylıq dövrdə qəbul edilməsi körpənizin əlavə qida ehtiyaclarını artırmağa kömək edir. Ana südü ilə qidalanan körpələr kimi, şüşə ilə qidalanan yenidoğulmuşlar da tələbata uyğun orta hesabla hər 2-3 saatdan bir yeməlidirlər. Şüşə ilə qidalanma yenidoğulmuşlar üçün hər 2-3 saatdan bir, 2-4 ay arasında hər 3-4 saatda, 4-6 aylıq dövrdə hər 4-5 saatda 6+ ayda hər 4-5 saatda qidalanması məsləhət görülür.

Əgər körpəniz həm ana südü həmdə şüşə ilə qidalanırsa o zaman diqqət edəcək bəzi məqamları nəzərdən keçirək. Bir yaşdan kiçik körpələr üçün ana südü və hazır yeməklərdən başqa mayelər verməyin. Bura şirələr və inək südüdə daxildir. Su isə 6 aydan sonra verilməsi məsləhət görülür. Su verərkən şüşəyə taxıl toxu əlavə etməyin , bu körpədə boğulma təhlükəsi yarada bilər. Bir körpənin həzm sistemi, təxminən 4-6 aylıq yaşına qədər taxılla mübarizə aparacaq qədər inkişaf etmir. Korpənizə ilk aylarda bal ilə qidalandırmayın, bu bəzən körpə botulizmi adlandırılan şeyə səbəb ola bilər. Körpələri qidalandırarkən yuxu rejiminizə təsir edirsə o zaman özünüz üçün bir qidalanma cədvəli düzəldə bilərsiniz.

Erkən uşaq dövrü

Belek.az