Körpəniz yatarkən başını yatağa vurur?

2021-05-17T23:00

Nə qədər qeyri adı görünsədə körpələrin yatarkən başlarını yatağa vurması normal bir vərdişdir. Bəzi körpələr yatma zamanı bu hərəkəti edərək özlərini sakitləşdirirlər. Sakitləşdirici hərəkət olmasına baxmayaraq valideyn kimi bu sizi narahat edə bilər. Baş atmaq beyinə ziyan verərmi? Basqa növ xəsarətlə nəticələnə bilərmi? Körpəm əsəbidirmi? Baş vurmalar müxtəlif şəkildə ola bilər. Baş vurma zamanı bir dəfə yatağa dəyirsə bildirmək istərdikki digər zərbələr yastıq, döşək kimi yumşaq səthlərə dəyir. Buda baş vurmağın narahat edici bir hətəkət olmadığını bilməniz lazımdır.

Bu vərdiş 6 - 9 aylıq arasında başlayıb 3-5 yaşlara qədər davam edə bilər. Bu müddət isə 15 dəqiqədən artıq olmur. Bu əsasən yuxu ilə əlaqəli ritmik hərəkət pozğunluğu ilə əlaqədardır. Maraqlıdır ki, bu vərdiş çox vaxt uşağın yuxuya getməsindən dərhal əvvəl yaranır. Ağrılı görünə bilər, amma əslində başın bükülməsi bəzi uşaqların sakitləşməsi ilə nəticələnir. Bu bəzi uşaqların yuxuya gedərkən qucaqda yellədilməsinə və ya ayaqlarının yellədilməsinə bənzəyir.

Açıq şəkildə desək başın vurulması ən çox yuxuya səbəb olan özünə rahatlıq formasıdır. Bu səbəblə bəzi kiçik uşaqların gecə yarısından yuxudan oyandıqdan sonra yuxuya getməsi nadir hal deyil. Bəzi hallarda baş vurmaq autizm kimi xəstəliklərin, nevroloji və psixoloji narahatlıqlarla nəticələnə bilər. Baş vurmanın tezliyi izləməniz məsləhət görülürki buda əsasən yuxuya gedərkən olursa o zaman narahat olmağa əsas yoxdur. Yox əgər bununla yanaşı körpənin gec danışması, sosyallaşma kimi problemləridə varsa o zaman həkimə göstərməkdə fayda var. Körpələrinizin bu hərəkəti sizi narahat edirsə o zaman yataqlarının ətrafına yastıqlar qoyaraq onların başının bərk vurmasını əngəlləmiş olarsınız.

Sağlam gələcək

Belek.az