Altı aydan böyük körpələrə suyun verilməsi onların sağlığı üçün çox faydalıdır. Bu körpələrin daha da enerjili olmasına gətirib çıxardır. Ümumilikdə içməli suyun faydaları məlum olsa da, yalnız bir kran suyuna nisbətdə körpəyə yalnız süzülmüş suyun verilməsinin müsbət və mənfi tərəfləri hansılardır? Süzülmüş su, bir uşağın içə biləcəyi ən təmiz sudur. Süzgəc aparatları suda organizm üçün ziyan olan arsen və qurğusun kimyəvi maddələrini təmizləyərək süzülmüş vəziyyətə gətirir. Bəzi bölgələrdə zavodların tullantıları, dərmanlanmış ferma suları bir başa çaylara axıdıldığından krantda gələn suyun keyfiyyəti haqqında söz demək çətinləşir.
1945-ci ildə ABŞ-ın Mİlli DİŞ və Kraniofasial Tədqiqatlar İnstitunun tədqiqatına əsasən tərkibində flüor olan suyu tükətən insanların dişlərində çürümə daha az olur. Beləliklə institut suya flüordini əlavə edərək körpələrdə daha sağlam dişlərin olması ilə nəticələndi. Və illərlə insanlar süzgəcdən istifadə edərkən flüorid kimi insana xeyirli olan kimyəvi maddələridə sudan təmizləyərək qəbul etdilər. Buna görədə körpələrin dişlərində kiçik zolaqlardan tutmuş diş cürümələrinə qədər müxtəlif xəstəliklər əmələ gəldi. İnsan sağlamlığına lazım olan elelktrolitlər əsasən krant sularında daha çox rast gəlinir. Elektrolitlər kalium və natriumu bədənin bütün nöqtələrinə daşıyaraq yeriməyə başlayan körpələrin normal şəkildə su içməsinə, normal idrak fəaliyyətinə, uyğun əzələ və sinir funksiyalarının olmasını təmin edir.
Tədqiqatlar göstərirki elektrolitlər olmadan bədən yorulmağa , əzələlər sıxılmağa başlayacaq, dişlərin funksiyonallığı zəifləyir və basgicəllənmə ilə nəticələnirlər. Bunun üçün hər bir körpə elektrolitlə öz bədənini təmin etməlidir. Süzülmüş su, əslində "ölü su" halına gəlir və bu səbəbdən elektrolitlər kimi kimyəvi maddələr və birləşmələr tərkibində olmur. Süzülmüş suyun içildiyi zaman onun yenidən minerallaşdırmaq üçün mütləq həkimlə məsləhətləşmək lazımdır. Hər bir valideyn körpələrinin daha çox su içməsi və daha çox sağlam olmasını istəyər. Süzülmüş su vəya krant suyu bunun seçimini valideyn özü etməlidir. Əgər körpədə hər hansı mineral çatışmamazlığı hiss olunursa mütləq pediatrla məsləhətləşməlisiniz.