Bir müddətdən sonra körpələr əlavə qidaya keçsələr də, vərdiş etdikləri üçün gecələr də ana südü qəbul etmək istəyərlər. Bu da həm analar, həm də körpələr üçün çətin prosesdir. Nəticədə ana gecələr yuxusuz qalır, yorulur.
Bir müddətdən sonra körpələr bəsləməkdən başqa alışdıqları üçün əmmək istəməyə başlaya bilərlər. Bu, ananı çox yorur və əksər gecələr yuxusuz qalmasına səbəb olur.
✔️Körpəniz bu vərdişdən çıxdıqda ağlayacaq, narahat olacaqdır. Təbii ki bu vərdişləri tərgitmək onlar üçündə asan deyildir. Buna görə əvvəlcə qərarlı olun və son qərarınızı vermisinizsə, aşağıdakı təkliflərimizə əməl edərək başlaya bilərsiniz:
Bir çox analar bu yuxu konsultasiyasını tətbiq edərkən övladlarının tamamilə süddən ayrıla biləcəyi qorxusu yaşayırlar. Psixoloq-yuxu konsultantı Leyla Hacıyeva bildirir ki, "Bu yuxu rejimi sadəcə anaların gecə boyu övladlarının süddən ayrılması ilə nəticələnir. Gün ərzində analar yenə övladlarını ana südü ilə qidalandırmaqda davam edə bilərlər. Konsultasiya yuxu ilə ana südü arasındakı əlaqəni kəsir. "
✔️Gün ərzində körpənizi mütəmadi olaraq qidalandırın.
✔️Günlük əmizdirmə müddətini artırın. Körpənizi əsas yeməklərlə qidalandıqdan sonra az bir müddətdə olsa ana südü ilə yedizdirin ki sizə öyrəşə bilsin. Bu vaxt ona masaj edin, laylalar oxuyun, öpün və sevərək onu əmizdirin.
✔️Yuxuya yaxınlaşanda körpənizin doymuş olduğundan əmin olun. Onu yedizdirdikdən sonra onunla oynayın. Bu şəkildə körpənizin sizdən emosional şəkildə doyması üçün tam şərait yaratmış olursunuz. Körpənizə onun üçün seçdiyiniz hər hansı bir yuxu oyuncağı haqqında danışın. Bu metod çox yaxşı işləyəcək və bununla körpənizin fikrini yayındıracaqsınız.
✔️Körpəniz gecə yuxudan oyanıb ana südü istəyəndə yalnız "yox" deyin. Bunu etmək ən çətin şeydir. Ağlayan bir körpə və halsız bir ana üçün bu heç də asan deyil, amma qətiyyətinizin bəhrəsini tezliklə alacağınınıza əmin olun.
** Həm də qeyd etmək istəyirəm ki, körpənizi böyüdərkən qarşılaşacağınız bütün çətinliklərin sona çatacağına inanın. Yalnız bəzən proses çətin və uzun olur.
"Ümumi məsləhətlərin tətbiqi ilə yanaşı bir çox uşaqlar üçün bu fərdi konsultasiya tələb edir. Bəzən bir uşaqda tətbiq edilən metod digər uşaqlarda keçərli olmur. Buna əsasda uşaqların fərdi xüsusiyyətləri, psixologiyası və s. nəzərə alınaraq uşaq üçün xüsusi bir paket hazırlanır. Eyni zamanda bununla yanaşı anaların bu çətin müddətdə hər zaman ona ailədə vəya kənarda dəstək olacaq bir konusltantı olması anaların onun bu müddəti rahat formada keçirməsinə kömək edəcəkdir." deyə Leyla Hacıyeva bildirir.